Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 07 may 2013 06:22 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,55 dollar və ya 0,6% artaraq 1 barelə görə 96,16 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, mayın 6-da ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,61 dollar və ya 2,6% artaraq 105,46 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR