Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi 2012-ci illə müqayisədə 111.8 faiz artıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi 2012-ci illə müqayisədə 111.8 faiz artıb
# 05 mart 2014 10:00 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli, Viktoriya Dementyeva – APA. 2013-cü ildə MDB ölkələri ilə ticarət dövriyyəsi 4 063 milyon ABŞ dolları təşkil edib və 2012-ci illə müqayisədə 111.8 faiz artıb. APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatında bildirilir.

Hesabatda deyilir ki, Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsində 38.3 faiz, Belarusla 28.1 faiz, Rusiya ilə 10.3 faiz səviyyəsində artım müşahidə olunub.

2013-cü ildə də Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşı olmaqda davam edib. Ötən ildə Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin yarısından çoxu - 63.6 faizi Rusiyanın payına düşüb. Sənəddə bildirilir ki, Azərbaycandan Rusiyaya 1.37 milyard kubmetr təbii qaz ixrac edilib, həmçinin Bakı-Novorossiysk marşrutu ilə 1.75 milyon ton Azərbaycan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR