Bakı. Anaxanım Hidayətova-APA. Ermənistanda Qarabağ müharibəsində öldürülən döyüşçülərin “şərəfinə” ucaldılmış abidə təhqir olunub. APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, hadisə Kotayk vilayətinin Proşyan kəndində baş verib. Bundan başqa abidə kompleksinin divarlarından birinə aprelin 2-də naməlum şəxslər tərəfindən qətlə yetirilmiş kənd icma nümayəndəsi Qraç Muradyanın ünvanına təhqiramiz sözlər yazılıb. Xatırladaq ki, Qraç Muradyan “Daşnaksütyun” partiyasının üzvü olub.