Con Kerri Ukrayna hakimiyyətini Yuliya Timoşenkonu təqib etməyə son qoymağa çağırıb

Con Kerri Ukrayna hakimiyyətini Yuliya Timoşenkonu təqib etməyə son qoymağa çağırıb
# 11 may 2013 12:48 (UTC +04:00)

Bakı – APA. ABŞ dövlət katibi Con Kerri ümid etdiyini bildirib ki, Ukrayna hakimiyyəti Yuliya Timoşenkonu təqib etməyə son qoyacaq. APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, C. Kerri bunu Vaşinqtonda Ukraynanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara ilə görüşündə deyib.

C. Kerri bildirib ki, həmkarı ilə müzakirə edəcəyi məsələlərdən biri Ukraynanın Avropa Birliyi ilə assosiasiya sazişi imzalaması üçün tələb olunan şərtlərin yerinə yetirilməsi olacaq: “Biz narahatıq. Ümid edirik ki, liderlər ən mürəkkəb məsələlərdən biri – insanların, xüsusən sabiq baş nazir Yuliya Timoşenkonun təqib olunmasına son qoyulması məsələsinin həlli üzərində çalışacaqlar”.

Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi Y. Timoşenkonun siyasi motivlə həbs olunduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR