Azərbaycanda ötən ay ölkədə tikinti xərcləri artıb

Azərbaycanda ötən ay ölkədə tikinti xərcləri artıb
# 14 aprel 2014 14:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin birinci rübündə ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf edib. Bütün maliyyə mənbələrindən əsas kapitala 3,1 mlrd. manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 7% çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, onun 67,5%-i daxili mənbələr hesabına təmin edilib. Sərf edilmiş sərmayələrin 70%-i məhsul istehsalı, 30%-i xidmət sahələri obyektlərinin inşasında istifadə olunub.

Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 49,5%-ni təşkil edib.

2014-cü ilin yanvar-mart aylarında Bakı şəhərində Sağlamlıq Mərkəzi, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 373,6 min kvadrat metr olan yaşayış evləri, 200 çarpayılıq xəstəxana, 1820 şagird yerlik ümumtəhsil məktəbləri, 390 yerlik məktəbəqədər təhsil müəssisələri və digər obyektlər istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR