Daşkəsəndə gəlin qayınanasını bıçaqlayıb - VİDEO

Daşkəsəndə gəlin qayınanasını bıçaqlayıb - <span style="color: red;">VİDEO
# 05 sentyabr 2013 09:44 (UTC +04:00)

Daşkəsən rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Yuxarı Daşkəsən adlanan hissəsində baş verib. Rayon sakini, 1990-cı il təvəllüdlü Elnarə Əsgərova ailədaxili münaqişə zəminində qaynanası, 1957-ci il təvəllüdlü Validə Qədirovanı ayaq nahiyəsindən bıçaqlayıb. Daha sonra gəlin özünün qarın nahiyəsinə bıçaqla zərbə endirib. Hər iki qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR