GUAM nümayəndələri Yaponiyada səfərdə olub

GUAM nümayəndələri Yaponiyada səfərdə olub
# 17 may 2013 14:42 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. GUAM nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub. APA-nın qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər zamanı iki tərəfi maraqlandıran geniş spektrli məsələlər müzakirə olunub.

Tərəflər turizm, enerji təhlükəsizliyi, nəqliyyat sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar. Təşkilat daxilində beynəlxalq əməkdaşlıq, münaqişələrin beynəlxalq qətnamələr və normalar çərçivəsində həlli məsələlərinə də toxunulub.

Yaponiyanın Xarici ticarət üzrə təşkilatında keçirilən görüşdə GUAM ölkələrinin birində biznes-seminar keçirilməsi qərara alınıb.

Növbəti görüşün vaxtı diplomatik kanallarla müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR