Bəxtiyar Quliyev “Nida”dan çıxması barədə bəyanat yayıb - BƏYANATIN MƏTNİ

Bəxtiyar Quliyev “Nida”dan çıxması barədə bəyanat yayıb - <span style="color: red;">BƏYANATIN MƏTNİ
# 02 iyun 2014 11:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan “Nida” Vətəndaş Hərəkatının üzvü Bəxtiyar Quliyev kütləvi informasiya vasitələrinə bəyanat ünvanlayıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Quliyev Bəxtiyar Səməndər oğlu müraciətdə təxribatçı qüvvələrin təsiri altında cinayət əməli törətdiyini, həbsdə olduğu müddət ərzində bunu anladığını qeyd edib, “siyasi məhbus” adlandırılmasına qəti etirazını bildirib.

O, “Nida” Vətəndaş Hərəkatının üzvlüyündən imtina etdiyini də qeyd edib.

B.Quliyev Azərbaycan prezidenti İlham Əliyevə də müraciət ünvanlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR