Şəmkirdə baş verən yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Şəmkirdə baş verən yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 05 sentyabr 2013 09:32 (UTC +04:00)

Kənd sakinləri, 23 yaşlı Elvin Həsənovun idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə, 40 yaşlı Qəhrəman Hüseynovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub. Hadisə zamanı “VAZ 2106”nın sürücüsü Q. Hüseynov hadisə yerində dünyasını dəyişib, “Mercedes”in sürücüsü Elvin Həsənov, “VAZ 2106”da olan sərnişinlər, 1991-ci il təvəllüdlü Xəzər Ziyadov və 1966-cı il təvəllüdlü Asif Quliyev müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Onların səhhətinin orta-ağır olduğu bildirilir. Polisdən verilən məlumata görə, hadisəyə yüksək sürət səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR