Dövlət Miqrasiya Xidməti tərəfindən ötən ay ərzində 3082 əcnəbinin qanunvericiliyin tələblərini pozması faktı aşkarlanıb

Dövlət Miqrasiya Xidməti tərəfindən ötən ay ərzində 3082 əcnəbinin qanunvericiliyin tələblərini pozması faktı aşkarlanıb
# 07 sentyabr 2013 08:38 (UTC +04:00)

DMX-dan APA-ya verilən məlumata görə, onlardan 6 nəfər əcnəbinin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunub, 169 əcnəbiyə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 2739 əcnəbi barəsində Azərbaycan ərazisini 48 saat ərzində tərk etmə, 168 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində DMX-ə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 5232 müraciət daxil olub.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 60442 nəfər əcnəbinin müraciəti qeydə alınıb.

Bununla yanaşı, işəgötürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə Xidmətin struktur bölmələrinin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 52 sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 19 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi qaydalarının pozulması halları aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR