DİN Saatlıda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı məlumat yayıb

DİN Saatlıda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı məlumat yayıb
# 28 dekabr 2013 09:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi Saatlıda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 22-də Saatlı rayonu Şirinbəy kənd sakinləri Ənvər Məmmədov, arvadı Sona, oğlu Sahib, nəvələri Aqşin, Fəqan və baldızı Dilbər Səfərova evlərindən qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Ə.Məmmədov və D.Səfərova xəstəxanada ölüblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR