Siyəzəndə iki yük maşını toqquşub, xəsarət alan var

Siyəzəndə iki yük maşını toqquşub, xəsarət alan var
# 12 dekabr 2014 07:28 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Bu gün səhər saatlarında Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 95-ci kilometrlyində, magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “DAF” və “Shagman” markalı yük maşınlarının toqquşması nəticəsində “Shagman”nın sürücüsü Abşeron rayonunun Saray qəsəbəsində yaşayan, 1984-cü il təvəllüdlü Hüseynov Urman Qərib oğlu müxtəlif bədən xəsarətləri alıb. O, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR