German Sterliqov "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək

German Sterliqov "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək
# 07 iyul 2015 11:28 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “German Sterliqov adlı şəxsin və onun ailə üzvlərinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşması faktı hal-hazırda araşdırılır”.

Bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib. O bildirib ki, bu şəxs qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib və "Dövlət sərhədi haqqında" qanunu pozub: “Müvafiq prosedurlara əsasən aparılan araşdırmanın nəticəsinə uyğun olaraq bu şəxsin adı "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək”.

Qeyd edək ki, müstəqil Rusiyanın ilk milyonçularından olan German Sterliqov ölkəsini tərk edərək Dağlıq Qarabağa gedib. O, bütün əmlakını satıb və ailəsini də özü ilə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR