AŞPA müşahidə missiyasının rəhbəri: “Seçkilərdə müsbət atmosfer müşahidə olunur, indiyədək heç bir çatışmazlıqla qarşılaşmamışıq”

AŞPA müşahidə missiyasının rəhbəri: “Seçkilərdə müsbət atmosfer müşahidə olunur, indiyədək heç bir çatışmazlıqla qarşılaşmamışıq”
# 01 noyabr 2015 07:30 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Şəxsi nöqteyi-nəzərdən deyə bilərəm ki, indiyədək müsbət atmosfer müşahidə olunur və heç bir çatışmazlıqla qarşılaşmamışıq”.

APA-nın məlumaına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Müşahidə Missiyasının rəhbəri Jordi Çukla bildirib.

J. Çukla deyib ki, AŞPA müşahidə missiyasının sayı məhdud olduğuna görə əllərindən gələni etməyə çalışırlar: “Biz yerlərdə vəziyyəti öyrənmək üçün bütün gün Mərkəzi Seçki Komissiyası və ölkə üzrə paylanan komandalarımızla əlaqə saxlayacağıq. Paytaxtdan kənar bir neçə komandamız var. Biz 32 müşahidəçidən ibarət komandayıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR