Avronest PA-nın üzvləri İrəvanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət ediblər

Avronest PA-nın üzvləri İrəvanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət ediblər
# 16 mart 2015 15:21 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avronest PA-nın 4-cü plenar iclasının iştirakçıları İrəvanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət ediblər.

APA-nın armtoday.info-ya istinadən verdiyi məlumata görə, onları Ermənistanın qurumdakı nümayəndə heyətinin rəhbəri Artak Zakaryan və digər deputatlar müşayiət ediblər. Ziyarət edənlər arasında olan latviyalı deputat Tatyana Jdanok sözügedən hadisə haqqında tələbəlik illərində eşitdiyini bildirib. Çexiya parlamentini təmsil edən Y. Ştetina isə Tsetsernakaberdə qurulmuş abidəni hər il ziyarət etdiyini deyib.

Xatırladaq ki, bu gün Ermənistanın paytaxtı İrəvanda Avronest PA-nın 4-cü sessiyası öz işinə başlayıb. Azərbaycan nümayəndə heyəti plenar iclasda iştirak etməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR