Azərbaycanda bir hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, altı hakim haqqında intizam icraatına başlanılıb

Azərbaycanda bir hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, altı hakim haqqında intizam icraatına başlanılıb
# 17 iyul 2014 16:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda bir neçə hakim barəsində cəza tədbiri görülüb.

Məhkəmə-Hüquq Şurasından APA-ya verilən məlumata görə, Şuranın iclasında hakimlər barədə intizam icraatlarına baxılıb, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiyinə və qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax Rayon Məhkəməsinin hakimi Elnur Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Habelə yol-nəqliyyat hadisələri ilə əlaqədar cinayət işlərinə baxılarkən qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Qasımova və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Nuru Quliyevə irad tutulub, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə 6 digər hakim barədə intizam icraatına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR