“Parabank” nizamnamə kapitalını 50 mln. manata çatdırıb

“Parabank” nizamnamə kapitalını 50 mln. manata çatdırıb
# 10 oktyabr 2014 08:20 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Oktyabr ayının 3-də "Parabank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilən qərara əsasən bankın nizamnamə kapitalı 50 mln. manata çatdırılıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 26 avqust tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “Parabank”ın hər birinin nominal dəyəri 200 manat olan 100 min ədəd adi səhmlərinin emissiyası qeydiyyata alınıb. Emissiya başa çatdıqda bank 20 mln. manat kapital cəlb ediləcəyi gözlənilirdi.

Bankın audit hesabatına görə, son 3 il ərzində bankın nizamnamə kapitalı 11,57 mln. olub.

Cari ilin I yarısının yekunlarına əsasən bankın məcmu kapitalı 21,262 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR