Rusiya XİN Gürcüstan hökumətindəki istefalara münasibət bildirib

Rusiya XİN Gürcüstan hökumətindəki istefalara münasibət bildirib
# 06 noyabr 2014 11:57 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Gürcüstan hökumətinin tərkibində baş verən dəyişikliklər Moskvada diqqətlə izlənilir, vəziyyət analiz edilir və müvafiq nəticə çıxarılır". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

Q. Karasin bildirib ki, Gürcüstan hökumətində baş verən istefaların hökumətin siyasi kursuna necə təsir edəcəyini anlamaq vacibdir: “Biz bunları diqqətlə izləyirik və analiz edirik. Tiflisdən hər gün gələn xəbərləri təhlil edirik və bundan müvafiq nəticə çıxarırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR