Bakıda saxta pullar dövriyyədən çıxarılıb

Bakıda saxta pullar dövriyyədən çıxarılıb
# 26 aprel 2013 09:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda saxta pullar dövriyyədən çıxarılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Mirsadıx Sadıxzadədən 7 ədəd 50 manatlıq və 1 ədəd 20 manatlıq saxta əsginaslar götürülüb.

Bundan başqa, M. Sadıxzadənin evinə baxış zamanı 26 ədəd 50, 22 ədəd 20 manatlıq saxta əsginaslar, 6 ədəd rəngli karandaş, 1 ədəd kompüter və 1 ədəd printer aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR