Azərbaycan prezidenti Beynəlxalq Hərbi İdman Şurasının prezidentini qəbul edib

Azərbaycan prezidenti Beynəlxalq Hərbi İdman Şurasının prezidentini qəbul edib
# 27 fevral 2013 11:21 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev fevralın 27-də Beynəlxalq Hərbi İdman Şurasının, həmçinin Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Hamad Kalkaba Malboumu qəbul edib.

APA-nın məlumatına görə, Beynəlxalq Hərbi İdman Şurasının Bakıda keçiriləcək çempionatının əhəmiyyətini qeyd edən Hamad Kalkaba Malboum yarışlarda 16 ölkənin milli hərbi komandasının və 100-ə yaxın nümayəndənin iştirak edəcəyini vurğulayıb.

O, 2019-cu ildə hərbçilər arasında növbəti yay oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Hərbi İdman Şurasının təklifini dövlətimizin başçısına çatdırıb.

Dövlət başçısı Bakıda keçiriləcək çempionatın yüksək səviyyədə təşkil ediləcəyinə ümidvar olduğunu bildirib. Prezident İ. Əliyev ölkədə nüfuzlu beynəlxalq idman yarışlarının keçirilməsi üçün müasir idman infrastrukturunun yaradılması istiqamətində işlərin ardıcıl olaraq davam etdirildiyini deyib.

Görüşdə Beynəlxalq Hərbi İdman Şurası ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR