Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyası qaydalarına əlavə və dəyişikliklər ediləcək

Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyası qaydalarına əlavə və dəyişikliklər ediləcək
# 02 aprel 2013 09:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyası qaydalarına əlavə və dəyişikliklər ediləcək. Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev məlumat verib.

O bildirib ki, bu yeniliklər ötən il Nazirlər Kabinetinin təhsil müəssisələrinin maddi-texniki bazası ilə bağlı qəbul etdiyi dəyişiklərlə əlaqədardır. Onun sözlərinə görə, NAzirlər Kabinetinin etdiyi dəyişiklərə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinin akkreditasiya qaydalarına əlavələr hazırlanır: “Bununla da akkreditasiya qaydalarında müəyyən dəyişiklər olacaq. Artıq şöbələrdə bu qaydalar müzakirə olunub.

Bütün qaydalar ümumiləşdirilərək aprel ayında nazirliyin Akkreditasiya Şurasında müzakirəyə çıxarılacaq. Bu qaydalar təsdiqləndikdən sonra yeni meyarlar üzrə iş aparılacaq və dəyişikliklər nəzərə alınacaq. Nazirlər Kabineti təhsil müəssisələrində normaların bəzilərini artırıb. Məsələn, əvvəllər bağçanın həyətindən hər bir uşağa müəyyən qədər sahə düşürdüsə, yeni qaydalara əsasən normativlər bir qədər artırılıb. Artıq bağçada sahə bölgüsü uşaqların yaşına uyğun olaraq bölünəcək. Bu və digər məsələlər də Akkreditasiya Şurasının meyarlarında öz əksini tapacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR