Bakıda toy karvanlarının qaydaları pozmasına qarşı reydlər keçirilir

Bakıda toy karvanlarının qaydaları pozmasına qarşı reydlər keçirilir
# 06 mart 2013 14:23 (UTC +04:00)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, hazırda paytaxtın müxtəlif əraziləri üzrə təşkil edilən reyd zamanı toy karvanlarının hərəkət etdiyi istiqamətlər müəyyənləşdirilir və müşahidələr aparılır. Reyd Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəisinin əmrinə əsasən, idarənin bölmə və şöbələrinin əməkdaşlarından ibarət qruplar tərəfindən ayrı-ayrı istiqamətlər üzrə keçirilir. Məqsəd toy karvanlarının hərəkət istiqaməti üzrə kobud yol hərəkət qaydası pozanları aşkar edib, onları məsuliyyətə cəlb etməklə bu avtomobillərin yollarda yaratdığı süni sıxlığın qarşısını almaqdır. V. Əsədov onu da deyib ki, ilin əvvəlindən bu günə kimi yol-hərəkət qaydalarını pozulmasına görə, 8 toy karvanı saxlanılıb, 39 sürücü üçün protokol tərtib edilib.

V. Əsədov toy sahiblərinə müraciətində bildirib ki, toy karvanlarında hərəkət edən nəqliyyat vasitələrinin yol hərəkəti qaydalarını pozmamalarına nəzarət etsinlər: “Əks halda, həmin nəqliyyat vasitələrinin sürücüləri qanunla nəzərdə tutulan qaydada cərimələnəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR