Gənc Tamaşaçılar Teatrında “Qohumlar” tamaşasının premyerası keçirilib

Gənc Tamaşaçılar Teatrında “Qohumlar” tamaşasının premyerası keçirilib
# 13 iyun 2016 13:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Qohumlar” tamaşasının premyerası keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri Boris Manciyevin hazırladığı tamaşa Kalmık dramaturqu Baatr Basanqovun “Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Vera Şuqrayeva və Əli Əmirli tərəfindən səhnə üçün işlənilib.

İki ölkə teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən hazırlanan yeni səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Kalmık Dövlət Filarmoniyasının baş direktoru Arkadi Mandjiyev, rəqslərin quruluşçu Vüsal Mehrəliyev, rejissoru Elşən Zeynallı, rejissor assistenti Günay Qasımovadır.

İki hissəli müziklda əməkdar artistlər Şövqi Hüseynov, Naibə Allahverdiyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Könül Əbilova, Sevinc Mehrəliyeva və başqaları iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR