Azərbaycan və İsrail arasında səhiyyə əlaqələri müzakirə edilib

Azərbaycan və İsrail arasında səhiyyə əlaqələri müzakirə edilib
# 12 fevral 2013 14:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda səfərdə olan İsrail Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi və İsrail Xarici İşlər Nazirliyinin baş direktor müavini Daniel Karmon və İsrail Beynəlxalq İnkişaf üzrə Əməkdaşlıq Agentliyinin təlim şöbə rəisi Mataniya Kohenlə görüşüb.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Qonaqlar cari ildə azərbaycanlı tibb mütəxəssisləri üçün ana və uşaq sağlamlığı mövzusunda seminarların təşkili, səhiyyə sahəsində strateji konseptual sənədlərin hazırlanmasında İsrail ekspertlərinin cəlb edilməsini təklif edib, habelə tibbi texnologiyalar sahəsində əməkdaşlıq istiqamətlərini vurğulayıb. İsrailli mütəxəssislər tərəfindən Bakıda təcili və təxirəsalınmaz yardım üzrə təlim kurslarının təşkili, dövlət və özəl səhiyyə müəssisələrinin beynəlxalq akkreditasiyası üzrə ekspertlərin Azərbaycana dəvəti kimi təkliflərlə də çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR