Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2017-ci il üzrə hesabatı dinlənilib.
APA-nın xəbərinə görə, hesabat barədə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı məlumat verib.
Komitə sədri, MM-in sədr müavini Bahar Muradova hesabatı qənaətbəxş hesab edib. Daha sonra deputatlar Fazil Mustafa, Hikmət Məmmədov, Tahir Kərimli çıxış edərək müxtəlif təkliflərini səsləndiriblər.
Sonda hesabat Milli Məclisin plenar iclasına tövsiyə olunub.