Dövlət komissiyası Ermənistan tərəfindən saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məlumat yayıb - VİDEO

Dövlət komissiyası Ermənistan tərəfindən saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məlumat yayıb - <span style="color: red;">VİDEO
# 15 iyul 2014 13:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan tərəfindən saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı açıqlama yayıb.

Komissiyadan APA-ya verilən məlumata görə, son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda, o cümlədən video və foto materiallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilən Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ dövlət komissiyasının gündəlik diqqət mərkəzindədir. Dövlət Komissiyası səlahiyyətləri çərçivəsində bu barədə materialların yayımlandığı ilk gündən etibarən aidiyyəti beynəlxalq təşkilatları məlumatlandıraraq, məsələnin beynəlxalq humanitar hüquq normaları çərçivəsində araşdırılmasını və bütün zəruri prosedurların həyata keçirilməsini tələb edib.

Hazırda video və foto materiallarda yayımlanan vətəndaşlarıın şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində zəruri işlər aparılır. Əlavə məlumat olacağı təqdirdə, ictimaiyyət məlumatlandırılacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR