Türkiyədə baş verən ağır yol qəzasında 12 nəfər ölüb

Türkiyədə baş verən ağır yol qəzasında 12 nəfər ölüb
# 29 mart 2015 17:29 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Şanlıurfa - Ağcaqala yolunda qeydə alınıb.

Məlumata əsasən, yolda minik avtomobili, sərnişin mikroavtobusu və beton qarışdıran maşın toqquşub. Ölənlər arasında azyaşlıların da olduğu bildirilir. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR