Beş nəfər Rusiyanın Çelyabinsk vilayətində baş vermiş yanğının qurbanı olub

Beş nəfər Rusiyanın Çelyabinsk vilayətində baş vermiş yanğının qurbanı olub
# 03 mart 2013 05:14 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Çelyabinsk vilayətinin Kartalı şəhərində şəxsi yaşayış evində baş vermiş yanğın nəticəsində beş nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Rusiya FHN-nin rəsmi saytında yerləşdirilib.

Nazirliyin məlumatına görə, yanğın martın 3-də gecə saat 02.00 radələrində birmərtəbəli yaşayış evində baş verib. Yanğın 50 kv.m. sahəni əhatə edib.

Yanğının söndürülməsində 12 adam və 2 texnika iştirak edib. Yanğın 02.21-də lokallaşdırılıb, 90 dəqiqə sonra isə tam söndürülüb.

Yanğının səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR