Bakıda 17 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub - YENİLƏNİB

Bakıda 17 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub - <span style="color: red;">YENİLƏNİB
# 06 noyabr 2014 14:21 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Paytaxtda qətl hadisəsi törədən şəxs tutulub.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, aparılan əməliyyat axtariş tədbirləri nəticəsində Şamo Nizami oğlu Yunisovu qətlə yetirən Gürcüstan Respublikasının vətəndaşı, 1997-ci il təvəllüdlü Sərxan İltizam oğlu Çobanov tutulub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

* * *

10.31

Bakı. Hafiz Heydərov - APA. Bakıda qətl törədilib.


Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1997-ci il təvəllüdlü Şamo Nizami oğlu Yunisov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Ş.Yunisovu xilas etmək mümkün olmayıb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR