Rövnəq Abdullayev: “ARDNŞ Rusiya qazının TANAP vasitəsilə nəql olunması ilə bağlı təklif almayıb”

Rövnəq Abdullayev: “ARDNŞ Rusiya qazının TANAP vasitəsilə nəql olunması ilə bağlı təklif almayıb”
# 08 dekabr 2014 13:06 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib.

“ARDNŞ-ə belə bir təklif daxil olmayıb. Bundan başqa, TANAP layihəsinin reallaşdırılarkən bu cür hallar nəzərdən keçirilməyib. Bununla belə, qeyd edim ki, Azərbaycanın reallaşdırdığı layihələr heç bir digər layihə ilə rəqabət aparmır”, - deyə R. Abdullayev bildirib.

Bundan öncə Rusiya KİV-lərində yer alan məlumata görə, “Cənub axını” layihəsini dayandıran şimal qonşumuz öz qazını Avropaya çatdırmaq üçün “Trans-Anadolu” qaz boru kəmərindən (TANAP) istifadə edə bilər. Bildirilib ki, hər il boru vasitəsi ilə 30 mlrd. kubmetr Azərbaycan qazının Avropaya nəql olunması nəzərdə tutulsa da, ölkəmiz bu boru kəmərini 15 mlrd. kubmetrdən artıq qazla təmin edə bilməyəcək. Bu səbəbdən də qalan 15 milyard kubmetr qazı “Qazprom” verə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR