APA-nın Qarabağ müxbiri xəbər verir ki, Cəmilli kənd sakini, 27 yaşlı Qurban Nəsibov atası, 1947-ci il təvəllüdlü Xanbaba Nəsibovu və anası, 1958-ci il təvəllüdlü Nazlı Nəsibovanı qətlə yetirib.
Q. Nəsibovun atasını küt alətlə, anasını isə boğaraq öldürdüyü bildirilir.
Hadisənin motivləri hələlik məlum deyil.
Q. Nəsibovun ruhi xəstə olduğu bildirilir.