İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku – 18 avqust - VİDEO

İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku – 18 avqust - <span style="color: red;">VİDEO
# 18 avqust 2014 17:07 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Rusiyadakı səfirliyinin atəşə tutulması sıradan bir hadisə deyil. Bu, həm də Ermənistanla sərhədlərin açılmasında israr edən, “bizim ermənilərlə problemimiz yoxdur” deyə yaxa cıran lobbistlərə ünvanlanan mesajdır. Bu hadisə bir daha - təkrar edirəm, bir daha ermənilərin millət olaraq Türkiyəyə münasibətinin dəyişməz olduğunu ortaya qoyur. Beyni qondarma “soyqırımı” nağılları ilə zəhərlənən millətdən kreativ düşüncə tərzi gözləyənlər yanılırlar. Ermənistan bu günə kimi Türkiyənin heç bir xoşməramlı addımına qarşılıq verməyib və bundan sonra, hansısa şərtlər daxilində qarşılıq verəcəyi nonsensdir. Təəssüf doğuran iki məqam var. Birincisi, Türkiyədə ermənilərin marağını lobbiləşdirən dairələr Artur Mirzoyanın səfirlik binasına atəş açmasını sırf kriminal hadisə kimi dəyərləndirməyə çalışır, bu məsələnin siyasi yükü olmadığını iddia edirlər. İkinci təəssüf doğuran məqam isə Rusiya hüquq-mühafizə orqanlarının da eyni xətti yürütməsidir. Amma bu iddianı irəli sürənlər bir məqamı unudurlar, güllə atılan obyekt sıradan bir yer deyil, Türkiyə xarici siyasət idarəsinin binasıdır. Əslində o güllələr rəmzi olaraq Türkiyənin Ermənistana yönəlik yumşalma siyasətinə atılıb. Gülləni atan isə ermənidir, 40-dan artıq türk diplomatı qətlə yetirən ASALA terror təşkilatının üzvləri ilə bir qanı daşıyan insan. Hadisəni dəyərləndirən zaman bu məqamı heç unutmayaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR