AHİK-də Ümumpolşa Həmkarlar İttifaqları Alyansının nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

AHİK-də Ümumpolşa Həmkarlar İttifaqları Alyansının nümayəndə heyəti ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 08 aprel 2015 10:51 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ümumpolşa Həmkarlar İttifaqları Alyansının nümayəndə heyəti ilə görüş keçirilib.

APA-nın məlumatına görə, nümayəndə heyətini qəbul edən AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib ki, Azərbaycan və Polşa əlaqələri uzun tarixə malikdir və dostluq əlaqələri ölkə başçıları və xalqlarımız tərəfindən davam etdirilməkdədir. Onun sözlərinə görə, Polşa bu gün Azərbaycanın üzləşdiyi problemlərə diqqət və həssaslıqla yanaşır, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqq işimizə, ərazi bütövlüyünün və suverenliyinin qorunması, problemin Azərbaycanın maraqlarına uyğun şəkildə sülh yolu ilə həll olunmasına hərtərəfli dəstəyini verir.

S. Mehbalıyev qeyd edib ki, Polşa və Azərbaycan həmkarlar ittifaqları mərkəzləri arasında yaranmış dostluq münasibətlərini də təqdirəlayiq hesab etmək olar. O, AHİK-in yaranma tarixi və gördüyü işlər barədə danışıb.

S. Mehbalıyev Azərbaycan-Polşa və həmkarlar ittifaqı təşkilatları arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Ümumpolşa Həmkarlar İttifaqları Alyansının prezidenti Yan Quz ölkələr və xalqlar, eyni zamanda hər iki ölkənin həmkarlar ittifaqları mərkəzləri arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənəcəyinə, rəhbərlik etdiyi təşkilatın bu əlaqələrin inkişafına öz töhfələrini verəcəyinə inamını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR