İran Suriyada, Türkiyənin cənub sərhədinə çox yaxın ərazidə dinləmə stansiyası qurub

İran Suriyada, Türkiyənin cənub sərhədinə çox yaxın ərazidə dinləmə stansiyası qurub
# 26 yanvar 2013 11:59 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) bağlı Terrorla Mübarizə Dəstək Dairəsi İranın Türkiyənin cənub sərhədinə çox yaxın, Suriya torpaqlarının içərisində bir dinləmə stansiyası qurduğunu açıqlayıb. APA-nın məlumatına görə, xəbərdə siqnal kəşfiyyat stansiyalarının İran və Suriya tərəfindən tikildiyi qeyd olunub. Məlumatda həmçinin dinləmə mərkəzlərinin tikilməsində İran İslam İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) aktiv iştirak etdiyi, stansiyalardan birinin Suriyanın içərisində, Nusaybin ilə Qamışlıya çox yaxın olan əl-Cəzirədə olduğu vurğulanıb. ABŞ kəşfiyyatçıları Suriyanın şimalındakı Əl Cəzirədə qurulan siqnal kəşfiyyat stansiyasının Türkiyəyə istiqamətli olduğunu ehtimal edirlər. Xəbərdə digər siqnal kəşfiyyat stansiyasının isə Golan təpələrində olduğu qeyd olunub. Pentaqona görə, İran Suriyanın şimalında yeni dinləmə stansiyaları üçün qərargah tikməyi də planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR