Taekvondoçularımız Kabardin-Balkariyadan 9 medalla qayıdır

Taekvondoçularımız Kabardin-Balkariyadan 9 medalla qayıdır
# 08 dekabr 2014 12:40 (UTC +04:00)

Bakı – APA. Taekvondoçular arasında Kabardin-Balkariyanın Nalçik şəhərində təşkil edilən ənənəvi VII “Cup of Elbrus” beynəlxalq turniri başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, bu yarışda ölkəmizi Sumqayıt Olimpiya İdman Kompleksinin 21 taekvondoçusu təmsil edib.

Turnir komandamız üçün uğurlu alınıb. Belə ki, həmyerlilərimiz Ukrayna, Kipr, Azərbaycan, Ermənistan, İordaniya, həmçinin Rusiyanın bölgələrindən ümumilikdə 40 komandanın və 550 taekvondoçunun iştirak etdiyi 4 qızıl, 1 gümüş və 4 bürünc, medal qazanıblar.

Komandamızın üzvlərindən Fizam Mehdiyev (55 kq, gənclər), Xanoğlan Kərimov (33 kq), Mehriban Məmmədov (41 kq, hər ikisi yeniyetmələr) və Röya Süleymanova (26 kq, uşaqlar) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsün ən yüksək pilləsinə qalıblar. Digər taekvondoçularımızdan, Gülsüm Həsanzadə (26 kq, uşaqlar) gümüş, Kənan Məmmədov (24 kq, uşaqlar), Xəyyam Paşayev (+65 kq), Sənubər Əşrəfova (44 kq) və Nərmin Ələkbərova (47 kq, hamısı yeniyetmə) bürünc medala yiyələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR