«VTB Azerbaijan» bankının rüblük zərəri kəskin azalıb

«VTB Azerbaijan» bankının rüblük zərəri kəskin azalıb
# 19 aprel 2013 12:12 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «VTB Azerbaijan» ASC-nin 2013-cü ilin I rübündə əldə etdiyi gəlirlərin həcmi 3,594 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 2,3 dəfə çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 68,5% artaraq 3,736 mln. manata çatıb.

Nəticədə, ilk rüb ərzində bank 142 min manat həcmində zərər yaranıb ki, bu da illik müqayisədə 4,8 dəfə azdır.

Qeyd edək ki, hesabat rübündə bankın faiz gəlirləri 3,255 mln. manat, qeyri-faiz gəlirləri 0,339 mln. manat, faiz xərcləri 1,178 mln. manat, qeyri-faiz xərcləri isə 1,935 mln. manata bərabər olub. Son bir ildə bankın faiz mənfəəti 2,1 dəfə, qeyri-faiz zərəri isə 23,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR