Avropa Parlamentinin üzvü: “Azərbaycan Avropa Birliyinin əsas tərəfdaşlarından biridir”

Avropa Parlamentinin üzvü:  “Azərbaycan Avropa Birliyinin əsas tərəfdaşlarından biridir”
# 12 fevral 2013 07:39 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Azərbaycan Avropa Birliyinin əsas tərəfdaşlarından biridir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Avropa Parlamentinin üzvü, Avronest Parlament Assambleyasının Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri İrji Maştalka deyib. O bildirib ki, bu gün Avropanın əsas müzakirə mövzusu enerji təhlükəsizliyidir ki, Azərbaycan da bu məsələdə Avropanın maraqlarını təmin edən tərəfdaşdır: “Avronest PA-nın Bakıda keçiriləcək komitə iclasında biz Azərbaycanla tərəfdaşlıqda enerji məsələlərinə dair indiyə qədər gündəmdə olan layihələrin üzərində işləyəcəyik”.

TANAP layihəsinin də müzakirə olunacağını söyləyən Y. Mastalka, iclasda yeni ideyaların irəli sürülməsinin gözlənildiyini vurğulayıb: “Çalışacağıq ki, müzakirə olunan layihələrdə həm Avropa Birliyinin, həm də Azərbaycanın maraqları tam təmin olunsun”.

Avropa Parlamentinin üzvü deyib ki, bu gün AB-də elə ölkələr var ki, atom enerjisindən alternativ enerjiyə, o cümlədən qaz təchizatına keçmək istəyir: “Azərbaycanla üzərində işlədiyimiz layihələr bunun üçün bizə stimul ola bilər”.

Qeyd edək ki, bu gün Bakıda Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin iclası öz işinə başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR