Bank Of Baku

İsmayıllı sakininə xəstəxananın həyətində sahibsiz it hücum edib

İsmayıllı sakininə xəstəxananın həyətində sahibsiz it hücum edib
# 19 may 2019 15:21 (UTC +04:00)

İsmayıllı rayon sakini küçə itinin hücumuna məruz qalıb.

ONA-nın yerli bürosunun xəbərinə görə, rayonun Sərdahar kənd sakini, 1960-cı il təvəllüdlü Dadaşov Akif Mayıl oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gələrkən tibb ocağının həyətində olan sahibsiz küçə iti qəflətən ona hücum edib.

İt yerə yıxılan A.Dadaşovun gözünü, əl və ayağını parçalayıb. Yaralı xəstəxanaya yerləşdirilib, ona quduzluğa qarşı vaksin vurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR