Bank Of Baku

Yevlaxda 255 metr uzunluğunda qaz borusunu oğurlamağa cəhd edənlər saxlanılıb

Yevlaxda 255 metr uzunluğunda qaz borusunu oğurlamağa cəhd edənlər saxlanılıb
# 03 aprel 2019 14:17 (UTC +04:00)

Yevlaxda 255 metr uzunluğunda qaz borusunu kəsərək oğurlamağa cəhd edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, martın 31-nə keçən gecə Yevlax rayonunun Aran qəsəbəsi ərazisində 255 metr uzunluğunda qaz borusunun kəsilərək oğurlanmasına cəhd göstərən şəxslər saxlanılıb.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxslərin şəhər sakinləri T.Bərxudarov və K.Şükürov olduğu müəyyənləşib. Faktla bağlı araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR