Toyota RAV 4: yeni sima, tükənməz imkanlar, əlverişli qiymət

Toyota RAV 4: yeni sima, tükənməz imkanlar, əlverişli qiymət
# 02 oktyabr 2014 07:36 (UTC +04:00)

Dünyanın ən böyük avtomobil şirkətlərindən biri olan Toyota, hər zaman öz müştərilərini razı salmağa müvəffəq olur. Məhz buna görə heç təəccüblü deyil ki, şirkətin təkcə 2013-cü ildə dünya üzrə 10 milyona yaxın avtomobili satılıb. Şübhəsiz, bu cür heyranedici rəqəmin arxasında yüksək keyfiyyətli model sırası durur. Toyota RAV4 avtomobilinin isə bu model sırasında özünəməxsus yeri var. Bazarda kompakt SUV seqmentinin liderlərindən biri olan RAV4, ilk dəfə 1997-ci ildə təqdim olunmuş və o vaxtdan alıcılar arasında populyarlığını saxlamaqdadır.

2013-cü ildən istehsal olunan və Azərbaycan alıcılarına təqdim edilən yeni RAV4 2WD+ modifikasiyası isə xüsusilə diqqət cəlb edir. Bu avtomobili yaradarkən, şirkət bir çox faktorları nəzərə almışdı. Bakı kimi böyük şəhərin tıxaclarından öz yüksək manevr imkanları sayəsində asanlıqla çıxan avtomobil, eyni zamanda şəhər kənarında da özünü əmin hiss edir və sahibini heç vaxt darda qoymur. RAV4 2WD+ aerodinamik xüsusiyyətləri isə onun hərəkət effektivliyini ciddi dərəcədə artırır. Eyni zamanda cəzbedici görünüş və fiziki göstəricilərin böyüməsi onu Toyota-nın bu klass seqmentində bir pillə yüksəkdə duran digər modelinə, Land Cruiser Prado-ya yaxın edir. Toyota şirkətinin texniki innovasiyaları sayəsində RAV4 2WD+ qənaətli yanacaq sərfiyyatı ilə də səciyyələnir. Bu isə yanacaq qiymətlərinin daima bahalaşdığı bir dövrdə danılmaz bir üstünlükdür. Ekspertlər hesab edir ki, RAV4 2WD+ sahibləri yanacaq xərclərinə ildə 500 – 700 ABŞ dollarına qədər qənaət etmiş olacaqlar. Həmçinin qeyd etmək vacibdir ki, RAV4 2WD+ modelinin mühərriki yanacaq cəhətdən qənaətli olmaqla yanaşı, eyni zamanda ekoloji baxımdan çox təmizdir və beynəlxalq ekoloji standartlara tam cavab verir. Yuxarıda göstərilən müsbət dəyişiklərə və avtomobilin daha da sanballı görkəm almasına baxmayaraq, potensial alıcılar avtomatik sürət qutulu RAV4 2WD+ modelini cəmi 23 300 manatdan başlayan qiymətə əldə edə bilərlər.

Hal hazırda Toyota Azərbaycanda RAV4 modelini 3 texniki spesifikasiyada alıcılara təqdim edir: 2,0 litrlik, 4 silindrli benzin mühərrikli, CVT sürət qutulu, 158 at güclü 4x4 modeli; 2,5 litrlik, 4 silindrli benzin mühərrikli, avtomatik sürət qutulu, 182 at güclü 4x4 modeli və 2,0 litrlik, 4 silindrli benzin mühərrikli, mexaniki və avtomatik sürət qutulu, 146 at güclü 4x2 modeli. Xarici görünüşünə və rahatlığına görə Toyota alıcılara RAV4-ün 4 modifikasiyasını təqdim edir: RAV 2WD Auto; RAV4 Elegance+; RAV4 Prestige və RAV4 Prestige+. Toyota RAV4 avtomobilini Toyotanın Azərbaycandakı rəsmi dilerləri “Toyota Bakı Mərkəzi” və “Toyota Gəncə Mərkəzi”ndən əldə edə bilərsiniz. RAV4 modelinin qiymətləri və həmçinin Toyota-nın digər modelləri ilə yaxından www.toyota.az veb səhifəsində tanış olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR