İran xarici işlər naziri Ermənistana səfər edib

İran xarici işlər naziri Ermənistana səfər edib
# 08 aprel 2013 17:43 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran xarici işlər naziri Əli Əkbər Salehinin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. APA-nın İRİB-ə istinadən məlumatına görə, səfərdə məqsəd Ermənistan prezidenti Serj Sarkisyanın andiçmə mərasimində iştirak etməkdir. Bundan əlavə, Ə. Salehinin səfər çərçivəsində Ermənistanın bir sıra rəsmiləri ilə görüşlər keçirəcəyi, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və regional məsələlərlə bağlı fikir mübadiləsi aparacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR