Bakıda mebel salonunda yanğın olub

Bakıda mebel salonunda yanğın olub
# 08 avqust 2015 01:31 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1200 kv.m olan mebel salonun zirzəmisində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik açarı və 2 p.m çıxış kabeli yanıb.

Mebel salonu yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR