Mingəçevirdə əmək yarmarkası keçirilib

Mingəçevirdə əmək yarmarkası keçirilib
# 07 noyabr 2014 13:43 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bölgələrdə keçirilən Əmək yarmarkaları noyabrın 7-də Mingəçevir şəhərində davam etdirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, yarmarkada işsiz və işaxtaran vətəndaşlara şəhər ərazisində fəaliyyət göstərən 36 müəssisə üzrə 201 boş (vakant) iş yeri təqdim edilib. Təqdim olunan boş iş yerlərinin 123-ü qulluqçu, 78-i fəhlə peşələri üzrə olub. Tədbirə çıxarılan boş iş yerlərində əmək haqqı 105-715 manat arasında dəyişib.

Yarmarkada boş iş yerləri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edib. Tədbirin nəticəsi kimi 54 nəfərə boş iş yerlərinə göndəriş verilib, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 2 nəfər kvota üzrə ayrılmış iş yerlərinə göndərişlə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR