“Rabitabank” kapitalını 60 mln. manata çatdırıb

“Rabitabank” kapitalını 60 mln. manata çatdırıb
# 03 mart 2015 08:14 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il martın 1-nə “Rabitabank”ın ümumi aktivləri 325 mln. manat təşkil edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ilin əvvəli ilə müqayisədə bu göstərici 6,7% artım deməkdir.

Bundan başqa, müştərilərə verilən kreditlər 3% artaraq 229 mln. manat, depozitlər 6,4% artaraq 225 mln. manat olub.

Ümumilikdə isə “Rabitabank”ın kapitalı 1,1% artaraq 59 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR