Səfir: “Malayziya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləməyə davam edəcək”

Səfir: “Malayziya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləməyə davam edəcək”
# 16 sentyabr 2015 09:21 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Malayziya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib və gələcəkdə də dəstəkləyəcək”.

APA-nın xəbərinə görə, bu sözləri Malayziyanın Azərbaycandakı səfiri Roslan Abdul Rahman keçirdiyi mətbuat konfransında deyib.


R. A. Rahman Malayziyanın İslam həmrəyliyi ənənələrinə uyğun olaraq İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəli sürülən qətnamələri dəstəkləməyə davam etdiyini bildirib. O qeyd edib ki, Malayziya 19 iyun 2014-cü il tarixində İƏT-ə üzv olan Xarici İşlər Nazirləri Şurası tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qəbul edilən qətnaməni tam dəstəkləyir: “Biz beynəlxalq ictimaiyyəti bu münaqişənin ədalətli həlli istiqamətində çalışmağa çağırırıq. Malayziya BMT Baş Assambleyasının 62/243 saylı “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnaməsinin kosponsorudur. Malayziya ədalətli həll yolu ilə tapılıncaya qədər Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləməyə davam edəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR