Litvanın sabiq prezidentləri Azərbaycana səfər edəcəklər

Litvanın sabiq prezidentləri Azərbaycana səfər edəcəklər
# 29 aprel 2013 11:56 (UTC +04:00)

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibi Litvanın ilk hökumət və ölkə başçısı Vitautas Landsberqis, keçmiş prezidenti Valdas Adamkus, sabiq baş nazir, hazırda isə Litva Seyminin spikerinin birinci müavini olan Andryus Kubilyus da daxil olmaqla tanınmış ziyalılar və alimlərdən ibarətdir.

Beynəlxalq Cənubi Qafqaz Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunur. Forumda sabiq dövlət və hökumət başçıları ilə yanaşı, hazırkı prezident və baş nazirlər, eyni zamanda dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssis, nüfuzlu elm və mədəniyyət xadimi iştirak edəcək. Forumun əsas tərəfdaşları isə Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Sülh Mədəniyyəti Fondu, Nobel Oil şirkəti və Qlobal Liderlər Şurasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR