FTB Bostonda partlayış törətməkdə şübhəli bilinən T.Tsarnayevlə 2011-ci ildə maraqlanıb

FTB Bostonda partlayış törətməkdə şübhəli bilinən T.Tsarnayevlə 2011-ci ildə maraqlanıb
# 20 aprel 2013 23:19 (UTC +04:00)

Bakı-APA. Bostonda partlayış törətməkdə şübhəli bilinən Tamerlan Tsarnayevlə 2011-ci ildə ABŞ xüsusi xidmət orqanlarının maraq dairəsində olub. APA-nın “RBK”ya istinadən verdiyi xəbərinə görə, bu barədə Deutsche Welle məlumat yayıb.

Məlumata görə, Federal Təhqiqatlar Bürosunun əməkdaşları o zaman radikal islamçılarla əlaqədə şübhəli bilinən T.Tsarnayevdən ifadə alıb. Qeyd olunur ki, müvafiq sorğu xarici dövlət tərəfindən göndərilmişdi.

Lakin, ifadə dindirilmədən sonra T.Tsarnayev sərbəst buraxılıb. FTB onun fəaliyyətində şübhəli heç bir şey müəyyən etməyib.

Qeyd edək ki, T.Tsarnayev demək olar ki bütün həyatını ABŞ-da yaşayıb. O 2012-ci ildə 6 ay Rusiyanın ərazisində olub.

Xatırladaq ki, T.Tsarnayev aprelin 19-da saxlanılarkən öldürülüb. Onunla əlbir olan qardaşı Coxar ağır yaralanıb və xəstəxanadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR