Ağstafada avtomobil iki piyadanı vurub öldürüb

Ağstafada avtomobil iki piyadanı vurub öldürüb
# 14 iyun 2016 22:05 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli – APA. Ağstafada iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyinə görə hadisə Ağstafa şəhəri ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobil iki piyadanmı vurub. Piyadalar hadisə yerində ölüb.

Onlardan biri Biləsuvar rayon sakini, 1979-cu il təvəllüdlü Elnur Dövlətov, digəri isə Goranboyun Qızılhacılı kənd sakini, Cəlal Abbasovdur.

Faktla bağlı Ağstafa rayon Polsi Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR