Hindistanda növbəti dəfə qrup şəklində zorlama hadisəsi baş verib

Hindistanda növbəti dəfə qrup şəklində zorlama hadisəsi baş verib
# 27 dekabr 2012 14:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Hindistanın paytaxtında növbəti dəfə qrup şəklində zorlama hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, Yeni Dehlidə 3 kişi 42 yaşlı qadını avtomobilin salonunda zorlayaraq küçəyə atıb.

Polis qadını zorlayan şəxslərdən birinin həbs edildiyini, digər ikisinin axtarışlarının davam etdiyini bildirib.


Xatırladaq ki, bundan öncə dekabrın 16-da paytaxt avtobusunda 6 sərxoş kişi tərəfindən 23 yaşlı tələbə qız zorlanıb. Hadisənin səbəbkarları atıq həbs edilib. Bu hadisənin KİV-ə düşməsindən sonra Hindistanda qadın zorakılığına qarşı kütləvi etiraz aksiyaları başlayıb. Vətəndaşlar cinayətkarların edam olunmasını tələb edirlər.

Hadisə ilə bağlı dekabrın 23-də baş verən qarşıdurmalar zamanı 140 insan xəsarət alıb. Dekabrın 25-də isə nümayişçilər tərəfindən döyülən polis əməkdaşı həyatını itirib. Polis demək olar ki, şəhərin bütün mərkəzi küçələrini nəzarətdə saxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR