“Altılıq” ölkələri ilə İran arasındakı danışıqların növbəti mərhələsi dekabrın 20-dək baş tutacaq

“Altılıq” ölkələri ilə İran arasındakı danışıqların növbəti mərhələsi dekabrın 20-dək baş tutacaq
# 08 dekabr 2014 13:26 (UTC +04:00)

Bakı – APA. “Altılıq” ölkələri ekspertlərinin İran nümayəndələri ilə danışıqların növbəti mərhələsi dekabrın 20-dək baş tutacaq.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Görüşün Vynada keçirilməyəcəyini deyən S. Ryabkov danışıqların tarixi ilə bağlı qərarın yaxın günlərdə veriləcəyini bildirib.

Diplomatın sözlərinə görə, Ketrin Eşton danışıqlarda xüsusi müşavir qismində iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR